Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“İcra hakimiyyəti orqanları, bələdiyyələr hara baxırlar?!” – Şabranda RƏZALƏT

“İcra hakimiyyəti orqanları, bələdiyyələr hara baxırlar?!” – Şabranda RƏZALƏT

Tarix: 7-07-2020, 18:29

Şabran şəhərində sözün həqiqi mənasında rəzalət yaşanır. Dəvəçiçayın şəhərdən keçən hissəsi zibilliyə çevrilib. Aylardır çayın sahilindəki  zibil yığışdırılmır. Nəticədə antisanitariya vəziyyəti yaranıb. Ətraf üfunət iyi verdiyini təxmin etmək çətin deyil. Acınacaqlısı həm də odur ki, bu çayın suyundan  məişətlə yanaşı həyatyanı sahələrin sulanmasında da  istifadə edilir. Zibili çayın ətrafından kimlərin və nə vaxt təmizləyəyini isə heç kim bilmir.
Sonra da koronavirusa yoluxanların sayının artdığından gileylənirik. Əlbəttə, artacaq. Hələ o tərəfə də keçəcək…
AVCİYA-nın Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı “Sherg.az”a açıqlamasında bildirib ki, məsuliyyət səlahiyyətli şəxslərin boynundadır:
“Düzdür, son illər bu istiqamətdə müəyyən addımlar atılır. Amma yenə də paytaxtdan savayı, digər şəhər və rayonlarda kanalizasiya, zibil qutusu problemi var.  Əlbəttə, zibili çayın sahilinə atmaq vətəndaşa da xoş deyil.
Amma başqa çarə qoymurlar. Maraqlıdır, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr hara baxırlar?! Günah vətəndaşda yox, həmin şəhər və ya rayona rəhbərlik edən şəxsdədir. Belə məsuliyyətsiz vəzifə sahibləri ekologiyanın çirklənməsinə, xəstəliklər yayılmasına görə məsuliyyət daşıyırlar.

“İcra hakimiyyəti orqanları, bələdiyyələr hara baxırlar?!” – Şabranda RƏZALƏT

Düşünürəm ki, bir müddət əvvəl icra hakimiyyəti orqanlarında aparılan islahatlar bu sistemdə çalışan digərləri üçün dərs olmalıdır. Hər halda belə problemlər yaxın müddətdə həllini tapmalı, bölgələrə kanalizasiya xəttləri çəkilməli, zibil qutuları qoyulmalıdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR