Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

DİN-dən Qazaxda qadının əri və qayınatasını bıçaqlaması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

DİN-dən Qazaxda qadının əri və qayınatasını bıçaqlaması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Tarix: 7-07-2020, 22:57

“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qazaxda qadının ərini və qayınatasını bıçaqlaması ilə bağlı yayılan məlumatlar yalandır”.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.
Bildirilir ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Qazax rayonunda qadının əri və qayınatasını bıçaqlaması ilə bağlı məlumat yayılıb. Bu məlumatlar yalandır və dəqiqləşdirilmədən yayımlanıb.
Belə ki, bu gün saat 16 radələrində Qazax şəhər Nəriman Nərimanov qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Rafiq Yaşar oğlu İsmayılov Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, ailə daixili mübahisə zəminində qayınanası ,1972-ci il təvəllüdlü Babaqızı Şəfəq Şəmsəddin qızı tərəfindən ona şüşə qabla xəsarət yetirilib.
Həmçinin həmin qəsəbədə kirayədə yaşayan Babaqızı Şəfəq Şəmsəddin qızı da Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evdə kürəkəni R.İsmayılov tərəfindən ona xəsarət yetirildiyini bildirib. Hər iki şəxsin müraciəti ilə bağlı araşdırma aparılır.
“Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, hər hansı bir hadisə ilə bağlı məlumatı dərc etməzdən əvvəl aidiyyəti dövlət orqanlarının mətbuat xidməti ilə əlaqə saxlasınlar və xəbəri dəqiqləşdirmədən dərc etməsinlər. Onlar dəqiqləşdirilməmiş məlumatı yaymaqla hüquqi məsuliyyət daşıdıqlarını unutmasınlar.” - deyə E.Qasımov vurğulayıb.
17:54
Qazaxda ata və oğlu bıçaq xəsarəti alıblar.
APA-nın məlumatına görə, rayon sakinləri - 1988-ci il təvəllüdlü İsmayılov Rafiq Yaşar oğlu və onun atası, 1965-ci il təvəllüdlü İsmayılov Yaşar Musa oğlu üz və qol nahiyələrindən aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, ata və oğul gəlin tərəfindən bıçaqlanıb. Belə ki, R.İsmayılovun həyat yoldaşı ərini və qayınatasını bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR