Son Xəbər: Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb,

Prezidentin köməkçisi: “Ermənistanın təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir”

Prezidentin köməkçisi: “Ermənistanın təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir”

Tarix: 16-07-2020, 15:11


“Tovuzdakı təxribat Ermənistanın Azərbaycana qarşı çirkin əməlidir”.

Mediabiz.Az-ın məlumatlna görə, bunu mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu barədə lazımi beynəlxalq təşkilatlatlara məlumat verilib:

“BMT, Qoşulmama Hərəkatı, ATƏT-ə və digər beynəlxalq təşkilatlara da məlumat verilib. Türkiyə tərəfindən məsələyə dərhal reaksiya verilib, Türkdili Dövlətlərin Əməkdaşlıq Təşkilatı, İran,  Səudiyyə Ərəbistanı da bizim məlumatlarımıza dəstək göstərib.

Ermənistanın hərbi təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir. Təəssüf ki, biz yenə də standart cavablar alırıq”.

H.Hacıyev bildirib ki, Ermənistan bu hadisənin məsuliyyətini Azərbaycanın üzərinə atmaq istəyir:

“Cənab Prezident İlham Əliyevin vaxtında atdığı addımlar nəticəsində Ermənistanın niyyəti ifşa edildi. Ermənilər itkilərini gizlədir. Bu əməllər beynəlxalq ictimaiyyət tərəfindən izlənilir”.

“Azərbaycan Ordusunun şəxsi heyətlə komplektləşməsi üçün heç bir problem yoxdur. Azərbaycan Silahlı Qüvvələri bu gün yüksək texnologiyalardan istifadə edir. Bunun üçün yüksək təlimlər və kurslar vacibdir. Bu kurslar bu gün yüksək səviyyədə həyata keçirilir”, - deyə H.Hacıyev qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR