Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycanlılar Avropa Şurasının mənzil-qərargahı qarşısında etiraz yürüşü keçirdi

Azərbaycanlılar Avropa Şurasının mənzil-qərargahı qarşısında etiraz yürüşü keçirdi

Tarix: 21-07-2020, 14:35


Fransanın Strasburq şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq yürüş-nümayiş keçirilib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF) təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz aksiyasında azərbaycanlı və türk icmalarının təmsilçiləri, Strasburqda təhsil alan tələbələrimiz və ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Avropa Şurasının mənzil-qərargahı qarşısından başlayan yürüş Ermənistanın bu təşkilat yanındakı daimi nümayəndəliyinin inzibati binası önündə nümayişlə davam edib.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Qarabağ Azərbaycandır!” və sair şüarların yazıldığı plakatların, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi yürüşdə Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib.

Yürüş zamanı hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və vətəndaşlarının əziz xatirəsi yad edilib, Azərbaycan ordusuna dəstək ifadə olunub və Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın son təxribatları haqqında məlumatların əks olunduğu broşürlər yerli sakinlərə paylanılıb.

Sonda yürüş-nümayiş iştirakçılarının adından Avropa Şurasının Baş katibi, Avropa Şurası Parlament Assambleyasının prezidenti, Avropa Parlametinin prezidenti və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Strasburqdakı diplomatik nümayəndəliklərinə müraciətlər ünvanlanıb, Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün qəti tədbirlər görülməsinə çağırışlar edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR