Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Maşınların qeydiyyat şəhadətnamələrində dəyişiklik edilib? - AÇIQLAMA

Maşınların qeydiyyat şəhadətnamələrində dəyişiklik edilib? - AÇIQLAMA

Tarix: 24-07-2020, 17:40


Son günlər nəqliyyat vasitələrinə verilən qeydiyyat şəhadətnamələrinin forması diqqət çəkib.

Bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən məlumat verilib.

Vətəndaşın sözlərinə görə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi standart formasından fərqli şəkildə təqdim olunub:

“Qeydiyyat şəhadətnaməsinin əvəzinə arayış formasında sənəd verilib. Üzərinə möhür vurulub. Sənədi verəndə bildirdilər ki, pandemiya ilə əlaqədar sənədlərin hazırlanmasında istifadə edilən materiallar bitdiyi üçün müvəqqəti olaraq bu formada təqdim edilir”.

Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin formasında dəyişiklik ediləcək?

Məsələ ilə bağlı sualımıza cavab almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq.

Kamran Əliyev Oxu.Az-a açıqlamasında bu kimi halların iki səbəbdən mümkün ola biləcəyini qeyd edib:

“Bir ara sürücülük vəsiqələri ilə bağlı da belə məsələ ortaya çıxmışdı. Amma bütün hallarda sürücülük vəsiqələri Mərkəzi İnformasiya Sistemində rəsmi qaydada, olduğu kimi görünürdü. Sadəcə, həmin arayış müəyyən müddətlik verilirdi. Sürücülər daha sonra həmin arayışı təqdim edib, həqiqi sürücülük vəsiqələrini alırdılar.

Çox güman ki, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin arayış formasında verilməsi də bu şəkildə olacaq. O arayışlar sürücülərin üzərində olmasa da, əməkdaşlar sistemdə baxanda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olduğu kimi görünəcək.

Ola bilər ki, kağızların çatışmazlığı, ya da qeydiyyat şəhadətnaməsinin üzərində hər hansı dəyişiklik zamanı müvəqqəti olaraq bu şəkildə təqdim edilsin. Bunun da səbəbi sürücülərin ikinci dəfə eyni sənədə görə əlavə rüsum ödəməməsidir. Hazırlandıqdan sonra yeni formada sistemə yüklənir, vətəndaşa isə bir qədər sonra təqdim edilir”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR