Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycanda sərt karantin rejimi Qurban bayramına kimi bitəcək? - AÇIQLAMA

Azərbaycanda sərt karantin rejimi Qurban bayramına kimi bitəcək? - AÇIQLAMA

Tarix: 25-07-2020, 14:52

İyulun 31-i və avqustun 1-i Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Hazırda 14 şəhər və rayonda avqustun 5-nə kimi sərt karantin rejimi tədbiq edilməkdədir. Qeyd edək ki, gündəlik yoluxanların sayı günbəgün azalır, sağalanların sayı isə çoxalır. Gündəlik yoluxma sayı azalma dinamikası ilə davam edərsə sərt karantin rejimi iyulun 31-də bitə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, yoluxanların sayının azalması və sağalanların artması bizi arxayın etməməlidir:
"Biz hələ uzun müddət pandemiyanın yaratdığı şərtlər əsasında yaşamalıyıq. Bu gün hansısa bayramı bəhanə edib, karantin rejimini yumşaldıb yoluxanların sayını artıra bilmərik. Xəstəxanalar, həkimlər yüklənir, ölkənin iqtisadi yükü artır. Dövlət hər gün bir xəstəyə görün nə qədər xərc çəkir. Bundan əlavə ölkəmiz müharibə şəraitindədir. Mənfur düşmənlərimizin də təxribatının qarşısını almaq üçün dövlətimiz bütün gücünü səfərbər edib. Ona görə tədbiq edilən karantin rejimi və görülən tədbirlərə anlayışla qarşılamaq lazımdır. Avqust ayının 5-nə kimi sərt karantin rejimi davam edir. Sərt karantin rejimini dayandırmaq mümkün deyil. Çünki virusun bundan sonra özünü necə aparması bilinmir.
Qarşıdan gələn Qurban bayramı İslam dinin və xalqımızın çox həvəslə qeyd etdiyi bayramdır. Bu günə kimi heç vaxt dayanmayan Həcc ziyarəti belə təxirə salındı. Təsəvvür edin ki, illərdir insanlar arzuladığı Həcc ziyarətinə gedə bilmədi. Buna görə də biz özümüz də görülən işləri zəyiflətməmək üçün qaydalara əməl etməliyik. Karantin rejimi avqustun 5-nə kimi davam edir. Avqustun 5-dən sonra Operativ Qərərgah sanitar-epidemoloji vəziyyəti analiz etdikdən sonra vəziyyətə uyğun qərar verəcək. Qərarın nə olacağından asılı olmayaraq insanlarımız qoyulan qaydalara əməl etməlidir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR