Son Xəbər: Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür, Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK,

Milli parkların potensialından səmərəli istifadə məqsədilə qabaqcıl praktika tətbiq olunur - RƏSMİ

Milli parkların potensialından səmərəli istifadə məqsədilə qabaqcıl praktika tətbiq olunur - RƏSMİ

Tarix: 29-07-2020, 15:09


Sosial şəbəkələrdə Şirvan Milli Parkının özəlləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.

Bildirilir ki, artıq park ərazisi kənd təsərrüfatı torpaqları kimi istifadə olunacaq.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydasına əsasən, fiziki və hüquqi şəxslərlə yem və dənli bitkilərin əkilməsi üçün müqavilə bağlanıla bilər.

“Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) qayda və təlimatlarına əsasən, bütün dünyada xüsusi mühafizə olunan təbiət ərazilərində zonalaşma mövcuddur və bütün milli parklarda təsərrüfat zonaları tətbiq olunur.

Dünya təcrübəsinə görə hər bir milli park yaradılan zaman bu zonalar mütəxəssislərin rəyinə əsasən ərazinin coğrafi mövqeyi, relyefi nəzərə alınmaqla təsnifləşdirilir və zonaların sahəsi milli parkların fərdi xüsusiyyətlərinə uyğun olaraq təyin edilir”.

A.Səmədova qeyd edib ki, milli parklarda kənd təsərrüfatı məqsədləri üçün əlverişli torpaqların potensialından səmərəli istifadə etmək məqsədilə təsərrüfat fəaliyyətinə icazə verilir.

Qeyd edək ki, xüsusi mühafizə olunan təbiət ərazilərindəki kənd təsərrüfatı məqsədləri üçün əlverişli torpaqların potensialından səmərəli istifadə etmək yaxşı bir addımdır və bu təcrübə bütün dünyada var.

Nəzərə alsaq ki, münbit torpaq azdır, biz hər bir potensialımızdan, hər bir torpağımızdan düzgün, səmərəli  istifadə etməliyik. Bu, səmərə gətirən, faydalı işdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR