Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Gülər Əhmədovanın oğluna hökm oxundu

Gülər Əhmədovanın oğluna hökm oxundu

Tarix: 6-08-2020, 11:35

Keçmiş deputat Gülər Əhmədovanın qanunsuz silah saxlamaqda təqsirləndirilən oğlu Toğrul Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Işə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb və hökm çıxarılıb.
Hökmə əsasən, T.Əhmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilinib.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının fevral ayında keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə ittiham verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR