Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq

Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq

Tarix: 6-08-2020, 13:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və "Bakı Metropoliteni" QSC tərəfindən metropoliten ərazisində formalaşan yeraltı qrunt sularından səmərəli istifadəyə hesablanmış layihənin icrasına start verilib.
ETSN-dən bildirilib ki, texniki məqsədlər, əsasən də yaşıllıqların suvarılması üçün yeraltı qrunt sularından istifadəni nəzərdə tutan layihə çərçivəsində ilk mühüm addım “Nizami” metrostansiyasının yerləşdiyi ərazidə atılıb.
Baş nazirin müavini Şahin Mustafayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov metro tunellərində formalaşan qrunt sularından səmərəli istifadə edilməsini nəzərdə tutan layihənin icrası ilə tanış olublar.
Qeyd edək ki, layihə çərçivəsində qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi “Nizami-Elmlər Akademiyası” mənzilində müvafiq işlər icra edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ixtisaslaşmış laboratoriyası suyun tərkibini tədqiq edərək, müsbət rəy verdikdən sonra mühəndis-texniki qurğulardan suyun nəql edilməsini təmin edən xətt çəkilib. Artıq qrunt sularından paytaxtda yaşıllıqların suvarılması məqsədilə istifadə olunur.
Metropolitendə qrunt sularının debitinin kifayət qədər olduğu daha bir neçə sahədə araşdırmalar yekunlaşmaq üzrədir və həmin ərazilərdə də bu cür tədbirlər həyata keçiriləcək.
Xatırladaq ki, aprel ayının 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videomüşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə ərazisində su ehtiyatlarının yaradılmasını, sudan səmərəli istifadə olunmasının aktuallığını xüsusi qeyd edərək, müvafiq komissiyanın yaradılması barədə qərarını açıqlamışdı.
Komissiya tərəfindən bir neçə istiqamətdə layihələrin icrasına başlanılıb




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR