Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Türkiyədə bu tarixlərdə toy mərasimlərində yoxlamalar aparılacaq

Türkiyədə bu tarixlərdə toy mərasimlərində yoxlamalar aparılacaq

Tarix: 7-08-2020, 17:49


Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətə “Nişan, Nikah, Toy və Sahil Bölgələri Təftişləri” mövzusunda bir təlimat göndərib.

“Hürriyet” xəbər verir ki, təlimatda, 7, 8 və 9 avqust tarixlərində toy, nişan, xına gecəsi, sünnət toyu kimi mərasimlərdə yoxlamaların aparılacağı bildirilib. Belə ki, bütün vilayət və rayonlarda ediləcək toy, nişan, xına gecələri və sünnət toyları kimi mərasimlərin keçirildiyi zamanı iştirak edən vətəndaşların, eləcə də təşkilatçıların qaydalara riayət edib-etmədiyi ətraflı yoxlanılacaq.

Həmçinin sahil bölgələrində yerləşən turizm mərkəzlərində vətəndaşların toplu şəkildə yığışdığı klub, restoran, kafe və barların da yoxlanılacağı bildirilib.


Bundan əlavə yoxlamaların eyni məqsədlər üçün istifadə edilə bilən gəmilər və yaxtalar kimi dəniz nəqliyyat vasitələrinə də şamil edilməsi planlaşdırılır. Yoxlamalar zamanı yerli və xarici turistləri narahat etməmək üçün mülki geyimlərə üstünlük veriləcək.

Ən azı iki dəfə qayda pozuntuları aşkar edildiyi barədə xəbərdarlıq edilmiş və ya inzibati cərimə tətbiq edilmiş müəssisələrdə yoxlamalar zamanı təkrar pozuntular aşkar edildikdə, 30.07.2020 tarixində əyalətlərə göndərilən təliat müddəalarına uyğun olaraq 1-3 günlük fəaliyyətin dayandırılması cəzası tətbiq ediləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR