Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bakı polisi də çimərliklərdə reydə davam edir

Bakı polisi də çimərliklərdə reydə davam edir

Tarix: 8-08-2020, 21:36

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bununla əlaqədar polis və Daxil Qoşunların hərbi qulluqçularından ibarət naryad qrupları tərəfindən paytaxtın rayonlarındakı bütün çimərliklərdə, istirahət mərkəzlərində nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Karantin şəraitinə uyğun olaraq, çimərliklərdə işarələnmə, nişanlanma və sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl edilməsi qaydalarına nəzarət həyata keçirilir.
DİN əməkdaşları və digər dövlət nümayəndələri tərəfindən sosial məsafə gözlənilməklə və COVİD-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla bütün zəruri tədbirlər icra olunmaqdadır. Vətəndaşlar tərəfindən daxil olan bütün müraciətlərə çevik və operativ reaksiya verilməklə, istirahət edənlərə özünü̈ ailə üzvlərini pandemiyadan qorumaq üçün mövcud sanitar-epidemioloji tələblər izah olunur.
Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR