Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Həyatları xilas edən smartfon - “Samsung Galaxy S10”

Həyatları xilas edən smartfon - “Samsung Galaxy S10”

Tarix: 14-08-2020, 10:35


Smartfon həyatımızın vacib bir hissəsidir, onun köməyi ilə ünsiyyət qururuq, istirahət edirik, oyun oynayırıq və iş həyatımızı təşkil edirik, lakin düzgün seçilmiş smartfon həm də təhlükəli vəziyyətdə köməyimizə yetə bilirmiş. Belə ki, Avstraliya cütlüyünün başına gələn çətin bir hadisədə “Samsung Galaxy S10” sözün əsl mənasında onların həyatlarını xilas edib.

Bu ilin iyun ayında yaşanan hadisəni gənclər, əlbəttə ki, uzun müddət unuda bilməyəcəklər.

Cessika və Lindsi Kerns (Avstraliya) sahillərindən 38 kilometr uzaqda motorlu gəmidə istirahət edirdilər. Ərazi turistlər arasında çox populyardır və Böyük Sədd Rifi ilə məşhurdur. Burada mərcan rifi ilə qorunan sualtı dünya müxtəlif orqanizmlərin bolluğu və inanılmaz gözəlliyi ilə heyran edir.

Lakin cütlüyün istirahəti heç başlamamış qəflətən sona çatmışdı, belə ki, mühərrik lövbər ipinə dolaşdığından qayıq dalğaya çırpılaraq çevrilmişdi.

Baş vermiş hadisə Cessika və Lindsini qəflətən yaxaladığından xilasetmə jiletləri və radio mayakı götürməyə macal tapmayan cütlük, sadəcə lövbərin üzücü nişanından tutaraq su üzündə qalmağa müvəffəq olur.


Suda bir müddət qaldıqdan sonra gənclər vəziyyətdən çıxış yolu tapmağa qərar veriblər və Cessikanın smartfonunun - “Samsung Galaxy S10”un tamamilə işlək vəziyyətdə olduğunu görüblər. Cesika xilasedicilərlə əlaqə saxlayaraq, “Google Maps” əlavəsindən istifadə edib, gəmi qəzasının baş verdiyi yerin görüntülərini onlara göndərib. Qeyd edək ki, elə sözügedən məlumat zərərçəkənlərin tapılmasında böyük rol oynayıb.

Ümumilikdə, suda iki saatdan artıq vaxt keçirdikdən cütlüyü ancaq gecə saatlarında tapa biliblər, lakin bundan sonra da “Samsung Galaxy S10” sahibinə gözlənilməz şəkildə kömək edib.
Smartfonun fənər funksiyasından nadir hallarda istifadə edirik, lakin ağıllı cihazın bu qabiliyyəti sayəsində cütlüyü qaranlıqda aşkar etmək mümkün olub. Belə ki, “Samsung Galaxy S10” zülmət qaranlıq şəraitində sözün əsl mənasında xilasedicilərin yolunu işıqlandırıb.

Bu hekayə çətin vəziyyətlərdə belə “Galaxy” smartfonlarının davamlılığının misilsiz nümunəsidir. Qeyd edək ki, Cessikanın “Galaxy S10”u hələ də əla işləyir və sahibini istənilən çətin vəziyyətdən qurtarmağa hazırdır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR