Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Qanunsuz balıqçılıqla məşğul olan 12 nəfər barəsində cinayət işi açılıb

Qanunsuz balıqçılıqla məşğul olan 12 nəfər barəsində cinayət işi açılıb

Tarix: 25-08-2020, 21:50


Balıqçılıqla məşğul olan vətəndaşlar arasında mövcud qaydalara əməl edənlərlə yanaşı, sintetik torlardan istifadə etməklə təbiətə qənim kəsilənlər də var.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi Facebook səhifəsində “Ekspert saatı”  adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, nazirliyin müvafiq qurumları tərəfindən cari ilin 7 ayı ərzində 46 min 200 metr sintetik tor su hövzələrindən götürülüb:
“Qaydaları kobud şəkildə pozan 60 nəfər cərimələnərək, saxlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən saxlanaılan 12 nəfər barəsində cinayət işi açılıb. Amma razılaşaq ki, nazirlik öz əməkdaşlarını hər bir su hövzəsinin ətrafına qoyaraq vəziyyətə nəzarət edə bilməz. Su hövzələrində sintetik torlardan, tok aparatlarından istifadəyə dair faktlarla rastlaşan vətəndaşlardan bizə məlumat vermələrini xahiş edirik.
Yaxud da bizə çoxlu sayda şikayətlər gəlir ki, ağac kəsildi, amma nazirlik xəbər tutmadı. Əgər o ağac kəsiləndə hansısa vətəndaş bunu görəndə bizə dərhal məlumat verirsə, biz onunla bağlı tədbir görürük. Məlumat özündə ümumi halı əks etdirirsə, konkret şəxslər barədə məlumat, dəlillər yoxdursa, o şəxsləri tapmaq da çətinləşir. Müxtəlif icmalarda, kəndlərdə, yaşayış məntəqələrində tokla balıq tutan, qanunsuz vaxtda balıq tutmağa gedən şəxsləri yaşadıqları ərazidəki sakinlər daha yaxşı tanıyır. Burada ictimai qınaq mühüm rol oynayır.
Əgər onlar bilsə ki, ətrafdakı insanlar bu hadisəyə dərhal kəskin reaksiya versə, onlar daha bu addımı atmazlar. Biz bu məsələdə əməkdaşlığa hazırıq, kiminsə əlində sübutu varsa, bunu vaxtında istər nazirliyin mərkəzi, istərsə də yerli idarələrinə təqdim etmək lazımdır. Biz də bu tədbirlərin qarşısını birgə alaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR