Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Adil İsmayılov Aslan İsmayılovu debata çağırdı

Adil İsmayılov Aslan İsmayılovu debata çağırdı

Tarix: 27-08-2020, 09:40

Son günlər AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy etməsi bir çox ictimai xadimlər arasında müzakirələrə səbəb olub. Hüquqşünas Aslan İsmayılov bununla bağlı sosial şəbəkə hesabında bir neçə yazı yayımlayıb və canlı yayımlarda bu mövzu haqda danışıb. Onun həmkarı və köhnə tanışı, tanınmış vəkil Adil İsmayılov isə həmkarına müraciət edərək “Sən nə istəyirsən, Aslan İsmayılov?” deyə ritorik sual ünvanlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Adil İsmayılovdan növbəti atmaca hüquqşünasın rəsmi olaraq müəllifi olduğu kitabla bağlı olub: “Bir az da belə davam eləsə “Sumqayıt hadisələri”nin müəllifinin Aslan İsmayılov olmasına inanacağam”.
Bundan sonra Adil İsmayılov keçmiş tanışını debata çağırıb: “Dostlar soruşur ki, müəllim, Aslan İsmayılov heç özü nə istədiyini düz-əməlli bilmir, bəs sən ondan nə istəyirsən? Cavab verirəm. Aslan müəllimlə tanışlığımızın əvvəli 1989-cu ilə gedib çıxır. Mənim barəmdə canlı yayım edəndə tanışlığımızın tarixçəsini ətraflı danışıb. Bu müddət ərzində dəfələrlə uzaqlaşıb, sonra yenidən yaxınlaşmışıq. Hər dəfə onun dəyişəcəyini düşünmüşəm. Görünür səhv etmişəm. Nə o dəyişib, nə də mən dəyişmişəm. Tanıyanlar bilir, mən heç vaxt özümü reklam etməmişəm, apardığım işləri yeri gəldi-gəlmədi ictimailəşdirməkdən qaçmışam, hay-küy, həyasızlıq mənlik deyil. 
30 ildə dəfələrlə vəkil olduğum və ona heç bir aidiyyəti olmayan işlərdən Aslan müəllim bildi-bilmədi “ağız dolusu” danışıb. Bu illər ərzində bir neçə dəfə qarşı tərəflərin vəkili olmuşuq. Cəmi bir dəfə ortaq işimiz olub, ikimiz bir gün eyni adamın vəkili olmuşuq. Heç vaxt onun arxasında iş çevirməmişəm, arxasınca danışmamışam, ümumiyyətlə bu mənim xarakterimə ziddir. Amma onun tam əksini etdiyini deyə və sübut edə bilərəm. Adam illərdir yetənə yetib, yetmədiyinin arxasınca daş atıb. Düşündüm ki, buna son qoymağın zamanı çatıb.
Odur ki, burdan üzümü Aslan İsmayılova tutub deyirəm, onun arxasınca danışmaq, qeybət etmək mənə yaraşmaz, istədiyi məkanda, onlayn telekanalda onunla canlı yayımda söhbət etməyə, barəsində düşündüklərimi üzünə deməyə və barəmdə düşündüklərini eşitməyə hazıram. İctimaiyyətin bunları bilməyə və kimin-kim olmasını dəyərləndirməyə haqqı çatmasını düşünürəm”.
 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR