Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Gədəbəydə məmurlar məclis təşkil edə bilir və... - cəzasız qalırlar...

Gədəbəydə məmurlar məclis təşkil edə bilir və... - cəzasız qalırlar...

Tarix: 31-08-2020, 11:40

Ölkə gündəmi Ramiz Mehdiyevin nəvəsinin toy məclisi ilə bağlı baş verənlərlə çalxalanarkən, Gədəbəy rayonundan məmurların karantin qaydalarını pozduğuna aid daha bir diqqətçəkici məlumat yayılıb.
Məlumata görə, bu dəfə qanunu pozanlar Ədliyyə Nazirliyinin və Gədəbəy rayonunun yüksək vəzifəliləri olub. Məlumatda deyilir ki, 18 avqust 2020-ci il tarixdə Xaçmaz cəza çəkmə müəssisənin rəisi polkovnik Azər Firuddin oğlu İbrahimov rayonun Slavyanka kəndində yerləşən “Meh” istirahət mərkəzində 150 nəfərdən artıq adamın iştirakı ilə özünə təmtaraqlı ad günü keçirıb. Ad günündə ədliyyə generalı Məhərrəm Qafarov, regional Xəzinə İdarəsini rəisi Namiq Məmmədov, rayonun hüquq muhafizə orqanlarının bir sıra əməkdaşları iştirak ediblər. Bu barədə rayonda xeyli adam məlumatlıdır. Ədliyyə Nazirliyi və aidiyyəti orqanlar bu tədbirin təşkilatçıları, iştirakçiları və bu qanunsuzluğa şərait yaradanlar barədə tədbir görəcəklər.

Azinforum.az xəbər verir ki, Azər İbrahimovun çox imkanlı şəxs olduğu bildirilir. Rəhbərlik etdiyi məntəqə tipli cəzaçəkmə müəsissəsindən məhkumları aylıq rüşvətin müqabilində evlərinə buraxır. Bu şəxsin Novxanında dəbdəbəli villaya sahib olduğu söylənilir. Maraqlıdır ki, təmtəraqlı ad günü keçirməsindən bir həftə keçməsinə bağmayaraq, Ədliyə Nazirliyi və Penitensiar Xidmət rəhbərliyi onunla bağlı heç bir tədbir görməyib. Ədliyyə Nazirliyi əməkdaşı adına xələl gətirən bu şəxsin ediyi əməllərə görə məsuliyyətdən kənar qalması çoxlu suallar doğurur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR