Son Xəbər: Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək, Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq, Aktauda AZAL təyyarəsi qəzasının qurbanlarının xatirəsi anılıb, ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçib, TÜRKPA AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib, Arkadi Qukasyan Ermənistan vətəndaşlarının məhkəməsində son sözünü deyir, Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI, Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək, Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir - YENİLƏNİB, Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB,

DİN-dən canlı yayımda intihar edəcəyini deyən şəxslə bağlı açıqlama

DİN-dən canlı yayımda intihar edəcəyini deyən şəxslə bağlı açıqlama

Tarix: 31-08-2020, 17:35


Daxili İşlər Nazirliyi canlı yayımda intihar edəcəyini bildirən şəxslə bağlı açıqlama yayıb.
“Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, avqustun 30-da saat 22.23-də Abşeron rayonunun Məmmədli kəndində yaşayan R.Hüseynzadə DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək evinin yaxınlığında bir nəfərin onu döyərək bədən xəsarətləri yetirməsi barədə məlumat verib.
“Bundan sonra o, “Youtube” kanalında canlı yayım açaraq sifətində qan izləri olduğunu nümayiş etdirərək intihar edəcəyini bildirib. 
Müraciətlə əlaqədar Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının ”isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynzadəni yumruqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi, yeniyetmə V.Abdullayev müəyyən edilərək Mehdiabad Polis Bölməsinə dəvət edilib.  
Araşdırmalarla müəyyən edilib ki, yeniyetmə R.Hüseynzadənin yaşadığı evin qarşısında ünvansız nalayiq ifadələr işlətdiyinə görə R.Hüseynzadə ona irad bildirib, bu zaman aralarında yaranmış mübahisə zamanı R.Hüseynzadə onu əli ilə vurub, yeniyetmə isə cavabında yumruqla onun burun nahiyəsindən zərbə endirib.     
Vətəndaş R.Hüseynzadəyə bədən xəsarəti yetirilməsi faktı üzrə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır”, - deyə məlumatda qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR