Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Rayonlara gediş-gəlişin bərpası taksi qiymətlərinə necə təsir edib?

Rayonlara gediş-gəlişin bərpası taksi qiymətlərinə necə təsir edib?

Tarix: 9-09-2020, 17:53


Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonlarının giriş-çıxışlarından karantin postları götürüləndən sonra rayonlara sərnişin daşıyan taksilərdə gediş haqları ucuzlaşıb.

Trend-in məlumatına görə, sentyabrın 8-i səhər saatlarından vətəndaşlar rayonlara sərbəst getməyə başlayıb.
Artıq karantin postlarının yığışdırılması gediş haqlarını da əvvəlki qiymətə endirib.
Məsələn, Bakının Şamaxı yolu adlanan ərazisindən Quba rayonuna taksi ilə 1 sərnişin 8 manata gedirdisə, sərt karantin qaydaları tətbiq olunandan sonra bu istiqamətdə gediş haqqı 25-30 manata qaldırılmışdı. Həmin ərazidən Ağsuya 7 manata sərnişin daşıyan taksilərdə gediş haqqı 30, Şamaxı rayonuna 25, İsmayıllı rayonuna 35 manata qaldırılmışdı. Taksilər süni qiymət artımını karantin postlarından rayon istiqamətinə keçməyin mümkünsüz olduğunu bəhanə gətirərək həmin ərazidən gizli yollarla keçmələri ilə əlaqələndirirdilər.
Sentyabrın 8-dən isə sərnişindaşımada qiymətlər yenidən əvvəlki vəziyyətə qaytarılıb. Taksi sürücüləri bildirirlər ki, karantin postları götürüləndən sonra rayon istiqamətində və ya əks istiqamətdə sərnişin sayının artacağı planlaşdırılsa da, gözlənilənlərin tam əksi ilə qarşılaşıblar.
Bu istiqamətdə sərnişin sayında ciddi artım olmayıb. Karantin rejimi ilə indiki vaxtda heç bir dəyişiklik olmadığından taksi sürücüləri məcburən qiymətləri endirib. Hazırda Bakıdan Ağsuya 1 sərnişin 7-10 manata, Şamaxıya 5-6 manata, Qubaya 8-10 manata daşınır. Karantin dövründə taksi sürücüləri Gəncə şəhərinə 1 sərnişindən 45-50 manat gediş haqqı tələb edirdilərsə, hazırda bu qiymət 10 manata düşüb.
Həmçinin, sürücülər Tovuz rayonuna daşıdıqları sərnişinə görə adambaşı 65-70 manat alırdılarsa, hazırda həmin istiqamətə 12-15 manata sərnişin daşıyırlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR