Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Türkiyədən Makrona sərt reaksiya

Türkiyədən Makrona sərt reaksiya

Tarix: 10-09-2020, 18:24

Türkiyə Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Yunanıstanla Türkiyə arasında Aralıq dənizinin şərqindəki gərginliklə əlaqəli açıqlamalarına reaksiya verib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
“Fransa Prezidenti Makron köhnə müstəmləkə refleksləri ilə yuxarıdan dərs verməyə çalışaraq təkəbbürlü açıqlama verib. Əslində, Makronun açıqlamaları onun öz bacarıqsızlığının və ümidsizliyinin təzahürüdür. Çünki, bütün dünyada sərbəst “at çapdıqları günlər” bitib. Xarici siyasətdə bütün hiyləgər planlarını suya düşürdüyümüz, kirli oyunlarını pozduğumuz Makron daxili ağrısı ilə hər gün həyasızcasına Türkiyəyə və cənab Prezidentimizə qarşı fikirlər səsləndirir.
Fransa prezidenti fərdi və millətçi mövqeyi ilə gərginliyə təşviq edir, Avropa və Aİ-nin (Avropa İttifaqı) böyük maraqlarını riskə atır.
Aralıq dənizindəki və ya başqa bir coğrafiyada olan ölkənin dəniz hüdudlarını təyin etməyə Makronun ixtiyarı yoxdur. Biz Makronun aciz vəziyyətini fransız xalqının mülahizəsinə buraxırıq”, - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Makron açıqlamasında “Biz avropalılar olaraq Ərdoğana qarşı möhkəm və güclü olmalıyıq. Gərginliyi artırmaqdan çəkinmək istəyirik, amma Türkiyə hökuməti bəzi bölgələrdə niyyətini aydınlaşdırmalıdır. Avropa birləşərək Türkiyə ilə bağlı daha aydın və vahid mövqedə olmalıdır” deyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR