Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Putin Zaxarovanın paylaşımına görə Serbiya prezidentindən üzr istədi - FOTO

Putin Zaxarovanın paylaşımına görə Serbiya prezidentindən üzr istədi - FOTO

Tarix: 11-09-2020, 09:24


Rusiya Prezidenti Vladimir Putin Serbiya lideri Aleksandr Vuçiçdən üzr istəyib.

RİA məlumat verir ki, buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Facebook səhifəsindəki paylaşımı olub.

Xatırladaq ki, bir müddət əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiçin Trampla görüşü zamanı ABŞ prezidentinin masasından aralı məsafədə yerləşən stulda əyləşməsinin görüntüsü yayılıb. Həmin fotonu Rusiya XİN rəsmisi Mariya Zaxarova Facebook səhifəsində yerləşdirərək ğzünəməxsus şəkildə şərh edib. O, şərhində Vuçiçi məşhur “Əsas instinkt ” filmində baş rolun ifaçısı Şeron Stounla müqayisə edərək bunları yazıb:

“Əgər sizi Ağ Evə çağırıb, stulu sorğu-suala tutulmuş kimi qoyurlarsa, o zaman ikinci şəkildəki kimi oturun.

Aleksandr Vuçiç də öz növbəsində Zaxarovanın məlum statusuna münasibət bildirib. Serbiya prezidenti Zaxarovanın hərəkətini primitivlik və ədəbsizlik adlandırıb:

“Prezident Putin  heç vaxt  heç nəyə görə məndən üzr istəməyib, Sergey Lavrov da həmçinin. Lakin Zaxarovanın paylaşımına görə, hər ikisi üzr istəyib”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR