Son Xəbər:
Tarix: 11-09-2020, 15:52
2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq, o cümlədən 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
| Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2019-cu ilin yanvar - avqust aylarına nisbətən, faizlə |
| Pərakəndə ticarət dövriyyəsi | 24 564,3 | 98,2 |
| o cümlədən: | ||
| ərzaq məhsulları | 12 014,7 | 103,6 |
| içkilər və tütün məmulatları | 1 273,0 | 100,6 |
| toxuculuq məhsulları, geyim və ayaqqabılar | 3 593,5 | 81,0 |
| elektrik malları və mebellər | 1 358,7 | 92,0 |
| kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 190,2 | 95,4 |
| əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 439,6 | 137,7 |
| avtomobil benzini və dizel yanacağı | 1 331,0 | 99,5 |
| digər qeyri-ərzaq malları | 4 363,6 | 100,4 |