Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Şamaxıda gediş haqları mobil telefonla ödəniləcək – VİDEO

Şamaxıda gediş haqları mobil telefonla ödəniləcək – VİDEO

Tarix: 16-09-2020, 23:00

Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək mümkün olacaq.

Baku Tv xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada nağdsız ödənişlərlə bağlı ən son yeniliklərin tətbiq olunduğu pilot layihəyə başlanılıb.

Şamaxı şəhərində fəaliyyət göstərən avtobuslara təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb.

Geniş imkanlara malik sistem NFC texnologiyası, QR kodla ödəmə, sosial kateqoriyalar üzrə xüsusi endirim, ödənişlərə real vaxt rejimində nəzarət kimi funksionallıqları özündə birləşdirir. Bu sistemi bütün ictimai nəqliyyat vasitələrinin ödəmə sisteminə inteqrasiya etdirmək mümkündür.

Sistem istənilən bank kartını dəstəkləyir. Vətəndaş nəqliyyat kartı olmadığı halda bu xidmətdən yararlanmaq üçün istənilən bank kartından istifadə edə bilər.

Sözügedən kartı “Azərpoçt” MMC-nin filial və şöbələrindən əldə etmək olar. Kartların şəhərin müxtəlif yerlərində quraşdırılan xüsusi qurğulardan da əldə edilməsi imkanı yaradılacaq. Bu layihə üçün Azərbaycan, rus və ingilis dillərində, Artırılmış Reallıq texnologiyasına əsaslanan xüsusi mobil tətbiq hazırlanıb.

Tətbiqin köməyi ilə Şamaxı şəhərinin turizm obyektləri, tarixi məkanları haqqında məlumat almaq, marşrut xəttini müəyyənləşdirmək olacaq. Bunun üçün mobil tətbiq vasitəsilə açılan kameranı “Prepaid” kartın üzərinə tutmaq kifayətdir.

Qeyd edək ki, ölkə səviyyəsində bu cür layihələrin tətbiqi fiziki təması azaldır, “ağıllı” şəhər layihəsinin inkişafına dəstək verir, həmçinin vətəndaş məmnunluğunu artırır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR