Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Mikayıl Cabbarovdan iqtisadiyyatın azalma tempi ilə bağlı AÇIQLAMA

Mikayıl Cabbarovdan iqtisadiyyatın azalma tempi ilə bağlı AÇIQLAMA

Tarix: 24-09-2020, 13:31


“Pandemiya dövründə dövlət başçısının müvafiq göstərişinə əsasən, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş tədbirlər planının icrası çərçivəsində ölkə iqtisadiyyatında fəaliyyət göstərən sahibkarlara əhəmiyyətli dərəcədə güzəştlər olunub”.
Bunu “AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bu dövrdə bir sıra yeni alətlər, güzəştli kreditlər, vergi güzəştləri və azadolmaları və digər biznesə dəstək tədbirləri həyata keçirilib:
“Əsas hədəfimiz iş yerlərinin qorunub-saxlanmasından ibarət idi. Həmçinin, ölkə iqtisadiyyatının dayanıqlılığının qorunub-saxlanılması, karantin tədbirləri yumşaldıldıqca ölkə iqtisadiyyatının tam fəaliyyətinin təmin edilməsi, son illər müşahidə etdiyimiz iqtisadi artımın bərpa edilməsi idi.
2020-ci ildə ümumi daxili məhsulun (ÜDM) azalmasını gözləsək də, azalma tempi gözlədiyimizdən daha aşağı olacaq. Biz may-iyun ayında ÜDM-nin 4,5-4,75 faiz olmasını gözləyirdik. Hazırda iqtisadiyyatın azalma tempini 3,5-3,7 faiz ətrafında proqnozlaşdırırıq”.
Nazir qeyd edib ki, bu proqnozlarda pandemiyanın ikinci dalğasının olub-olmaması, olduğu halda hansı dərəcədə sərt olması vətədaşların müvafiq normalara riayət etməsi ilə bağlıdır:
“Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa olaraq sosial aktivliklə bağlıdır. Bu mənada, hər iki sahədə qəbul olunan addımların bir-biri ilə ahəngdarlığı, icra olunması, nəzarətin nəticəsidir ki, əmək müqavilələrinin sayına, qeyri-neft sektoru ilə vergi gəlirlərinin qorunub-saxlanılması və ilkin proqnozdan aşağı olmasını müşahidə edirik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR