Son Xəbər: Ermənistan MN-in vəzifəli şəxsləri irimiqyaslı mənimsəmədə ittiham olunurlar, "Valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid anlayışdan istifadə olunması təklifi son oxunuşda qəbul edilib, Yol polisi həftəsonu səfərə hazırlaşanlara xəbərdarlıq edib, Türkiyədə Erden Timur da daxil olmaqla 24 nəfər saxlanılıb, Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək, Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq, Aktauda AZAL təyyarəsi qəzasının qurbanlarının xatirəsi anılıb, ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçib, TÜRKPA AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib, Arkadi Qukasyan Ermənistan vətəndaşlarının məhkəməsində son sözünü deyir,

Dünən meyitləri tapılan qadınlar qətlə yetirilibmiş

Dünən meyitləri tapılan qadınlar qətlə yetirilibmiş

Tarix: 25-09-2020, 11:31

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda mənzildən iki qadın meyiti tapılıb. FHN-in xilasediciləri və polis əməkdaşlarının aşkar etdiyi meyitlər aidiyyəti üzrə təhvil verilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin şəxslərin qətlə yetirildiyi məlum olub. 
Belə ki, Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 27-ci binada yaşayan 88 yaşlı Esmira Cavadova və onun qızı, 61 yaşlı Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq öldürülüb. Onları E.Cavadovanın nəvəsi Samir Cavadovun ailə münaqişəsi zəminində öldürdüyü məlum olub.
S.Cavadov bibisi və nənəsini öldürdükdən sonra mətbəxdə qazı açaraq çıxıb gedib və onların dəm qazından öldüyünə şübhə yaratmaq istəyib.
O, hadisə yerindən qaçaraq gizlənsə də, Suraxanı rayonu ərazisində saxlanılıb.
***
Suraxanı rayon Prokurorluğu da qətllə bağlı məlumat yayıb: 
“Sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. 
İlkin istintaqla 1985-ci il təvəllüdlü Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadova və bibisi Tamilla Cavadovanı  qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Samir Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR