Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Cəbhəboyu zonada lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb - Nazirlik

Cəbhəboyu zonada lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb - Nazirlik

Tarix: 29-09-2020, 15:53


“Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə dinc və müharibə dövründə əhalinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə şəhər və rayonlarımızda kollektiv mühafizə qurğularının, o cümlədən sığınacaq, radiasiya əleyhinə daldalanacaq və zirzəmilərin hazırlıq səviyyəsi, tutumu, rabitə-xəbərdarlıq sisteminin, kommunal təsərrüfatı, mövcud infrastruktur və kommunikasiya sistemlərinin, nəqliyyat sahəsində fəaliyyət göstərən qurumların, səhiyyə müəssisələrinin imkanları hərtərəfli təhlil edilib, bu istiqamətdə müvafiq tədbirlər görülüb”.
 
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xarakteri və ölkəmizin müharibə şəraitində yaşadığı nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyi cəbhəboyu zonada yaşayan əhalinin mülki müdafiəsinin aidiyyəti üzrə təmin edilməsi istiqamətində lazımi tədbirlər görüb:
 
“Cəbhəboyu zonada və bilavasitə təmas xəttində yerləşən yaşayış məntəqələrinin sakinləri arasında düşmənin mümkün həmləsi zamanı zəruri təhlükəsiz davranış qaydaları barədə geniş maarifləndirilmə işləri həyata keçirilib. Bu çərçivədə, digər aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə əhaliyə fövqəladə hallar zamanı, xüsusilə müharibə şəraitində davranış qaydaları, düşmən atəşinin təsirindən qorunmaq məqsədilə kənd sakinlərinin həyətyanı sahələrində yaradılmış müvəqqəti daldalanacaqlardan düzgün istifadə qaydaları aşılanıb. Bununla bağlı düşmənin artilleriya zərbələrindən qorunmaq üçün bütün cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb. Bundan başqa, dinc dövrdə irimiqyaslı fövqəladə hallar, müharibə dövründə isə düşmən hücumları barədə əhalinin vaxtında xəbərdar edilməsi üçün rabitə-xəbərdarlıq sisteminin vəziyyəti təhlil edilib, bu məqsədlə alternativ üsullardan istifadə edilməklə müvafiq tədbirlərin görülməsi təmin olunub.
 
Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR