Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Prezident: “Dünya gördü ki, Azərbaycanın yanında Türkiyə kimi böyük bir güc olan dövlət var”

Prezident: “Dünya gördü ki, Azərbaycanın yanında Türkiyə kimi böyük bir güc olan dövlət var”

Tarix: 6-10-2020, 14:46


Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edərkən bu səfərin xüsusi önəm daşıdığını vurğulayıb:

“Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş Türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır”.

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli bəyanatları bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi.

“Mənim əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil.

Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR