Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ərdoğandan ATƏT-in Minsk Qrupuna: “30 ildir baş qatırlar, otururlar, danışırlar və dağılışırlar”

Ərdoğandan ATƏT-in Minsk Qrupuna: “30 ildir baş qatırlar, otururlar, danışırlar və dağılışırlar”

Tarix: 14-10-2020, 18:52

“Ermənistanın həm hücum edən tərəf, həm də atəşkəsi pozan tərəf olmasına baxmayaraq, Azərbaycana təzyiq göstərən ölkələrin məqsədi müharibəni dayandırmaq deyil”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin (Ədalət və İnkişaf Partiyası) qrup iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda mülki vətəndaşların yaşadığı ərazilərin raketlə vurulması o deməkdir ki, onların hədəfi başqadır:
“Azərbaycanı Türkiyə olaraq bütün varlığımızla müdafiə edib, yanında olacağıq”.
O qeyd edib ki, hazırda Türkiyədə təxminən 100 minə yaxın erməni yaşayır:
“Onlar burada rahat yaşayırlar. Biz onlara qarşı heç bir zaman neqativ münasibət göstərmədik. Amma ermənilər azərbaycanlı qardaşlarımızın torpaqlarını işğal etdilər. Azərbaycanlı əhali torpaqlarını tərk etmək məcburiyyətində qalıb.
İndi Azərbaycan işğal altında olan öz torpaqlarını istəyir, başqa bir tələb yoxdur. İstədikləri budur. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya, xüsusən Fransa hələ də baş qatmaq taktikasından istifadə edir və məsələnin həllini ləngidir.
Burada işğal faktı var. Dünyada insan haqları, demokratiya varsa, siz də 30 ildir bu problemi həll etməkdə səlahiyyətlisinizsə, tez bir zamanda müzakirələri bitirib, həmin torpaqları sahiblərinə qaytarmalısınız.
Bir müzakirə 30 il müddətinə davam edə bilər? 30 ildir baş qatırlar. Otururlar, danışırlar və dağılışırlar. Bu qədər uzun çəkən məsələ deyil. Torpaqları verin. İndi də vəziyyət bu həddə gəlib çatıb. Bizə zəng edirlər ki, biz mücahidləri guya Suriyadan Dağlıq Qarabağa göndəririk. Bizim belə dərdimiz yoxdur. Biz Azərbaycana dəstək verdik və bu dəstəyi yenə də verəcəyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR