Son Xəbər: Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib,

Nazir: “Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub”

Nazir: “Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub”

Tarix: 16-10-2020, 11:37

 
“Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub”.
Bunu mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu, karantin deyil, ənənəvi qaydada tətildir:
 
“Noyabr ayında ənənəvi tətil olacaqdı. Biz, sadəcə, həmin günləri qabağa çəkmişik.
Ermənistanın hücumuna məruz qalan Gəncə, Naftalan, Tərtər, Bərdə və digər rayonlarda 340 min şagird təhsil alır. Eyni zamanda, Bakı, Sumqayıt, Abşeronda da təhsil alan şagirdlərin sayı çoxdur. Yoluxmanın qarşısının alınması üçün bu addım atılır.
İnternet məsələsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar gedir. Deməzdim ki, bu gün distant təhsil mümkün deyil. Müəyyən çətinlik var, lakin danışıqlar aparılır. Noyabr ayı ərzində danışıqların yekun nəticəsi ilə bağlı məlumat veriləcək”.
Nazir bildirib ki, tətil günlərinin kompensasiyası gözlənilmir. İrəlidə olması nəzərdə tutulan tətil günləri istifadə edilir:
“Bu tətil hər mənada mövcud təqvim günləri əsasında tətbiq olunur”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR