Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Qarabağ məsələsini Ərdoğan və Putin həll etsə…” – Şok iddia

“Qarabağ məsələsini Ərdoğan və Putin həll etsə…” – Şok iddia

Tarix: 23-10-2020, 12:23


“Dağlıq Qarabağ heç vaxt Ermənistanın ərazisi olmayıb, həmişə Azərbaycana aid olub”.

Bunu irland tarixçi Patrik Uolş deyib.

Tarixçi Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı geosiyasi duruma diqqət çəkib:

“Qərb Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə sona çatmasına kömək edəcək heç bir şey etmədi, məsələyə qərəzli formada yanaşdı. Məsələnin son olaraq Putin və Ərdoğan tərəfindən həll ediləcəyi təqdirdə, Qərb özündən başqa günahlandıracaq kimsəni tapmayacaq. Hamı bu illər ərzində açıq bir nəticə çıxardı ki, artıq Avropa və ya ABŞ-ın edə biləcəyi heç nə yoxdur.

Amerikalı senator Corc Mitçell də açıq şəkildə dedi ki, Qərbdə münaqişənin həllinə kömək edəcək kimsə qalmayıb, bu əsl ayıbdır”.

Patrik Uolş Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu, heç vaxt Ermənistanın bir hissəsi olmadığını diqqətə çatdırıb:

“Qarabağ, Rusların 1820-ci illərdə ələ keçirməsindən bir əsr əvvəl müstəqil bir müsəlman-türk xanlığı idi. 1917-18-ci illərdə çarlıq dağılına qədər vilayətin böyük əksəriyyəti müsəlmanlardan ibarət idi. Qarabağ 1918-ci ilin mayından müstəqil Azərbaycan Respublikasının, 1918-ci ilin dekabrından 1919-cu ilin avqust ayınadək ingilis işğalı altında olan Azərbaycanın bir hissəsi olub. 1919-cu ilin avqustundan 1920-ci ilin mayınadək müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin bir hissəsi idi. 1920-ci ildən 1990-cı illərədək isə Azərbaycan Sovet Sosialist Respublikasının…
Beynəlxalq hüquq və BMT-yə görə, hələ də Azərbaycanın bir hissəsidir. İndi Azərbaycan ordusu yenidən faktiki olaraq bu bölgəni geri qaytarır. Qarabağ heç vaxt Ermənistan dövlətinin bir hissəsi olmayıb. Bilirəm ki, siz tarixçi deyilsiniz cənab Paşinyan, amma bundan nə başa düşmürsünüz?”. (teleqraf.com)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR