Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Universitet müəllimi koronavirusdan vəfat etdi

Universitet müəllimi koronavirusdan vəfat etdi

Tarix: 4-12-2020, 21:48


Azərbaycan Texniki Universitetinin (AzTU) Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Nailə Mirzəyeva 55 yaşında koronavirusdan vəfat edib.

Bu barədə universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Nailə Mirzəyeva 1992-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə ilə bitirib. Elə həmin ildən AzTU-da işə qəbul olunub. Azərbaycan dili  və pedaqogika kafedrasında laborant, böyük laborant, müəllim, baş müəllim vəzifələrində çalışan Nailə Mirzəyeva 2014-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

O, 2018-ci ildən Azərbaycan dili və pedaqogika kafedrasının dosenti idi. 40-a qədər elmi-metodiki əsərin, o cümlədən 1 monoqrafiya, 1 dərs vəsitinin müəllifi olub.

AzTU-nun rəhbərliyi və kollektivi Nailə Mirzəyevanın vəfatından kədərlənir, ailəsinə səbr diləyir.

Allah rəhmət eləsin!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR