Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycanda “pinqvin” torbalar niyə qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda “pinqvin” torbalar niyə qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Tarix: 7-01-2021, 11:58

Bildiyiniz kimi, 2019-cu ilin fevral ayında ölkə rəhbəri plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində Tədbirlər Planı imzalayıb. Həmin Tədbirlər Planında plastikdən istifadənin tədricən azaldılması, birdəfəlik plastik qablardan imtina, alternativlərdən geniş istifadənin təşviqi və tətbiqi öz əksini tapıb.

Bununla əlaqədar Nazirlik tərəfindən 15 mikrona kimi polietilen torbaların, eləcə də, birdəfəlik plastik qabların istifadəsinin qadağan olunması istiqamətində təkliflər təqdim edilib, bütün aidiyyəti qurumlarla razılaşdırma mərhələsi keçdikdən sonra ölkə rəhbərinin 30 dekabr tarixli fərmanı ilə öz təsdiqini tapıb”.

Bunu qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

Onun sözlərinə görə, qalınlığı 15 mikrona kimi olan torbalara qadağa artıq 1 yanvar tarixindən qüvvəyə minib:

“Belə torbalara məişətdə tez-tez istifadə etdiyimiz “pinqvin” adlandırdığımız və onlar kimi nazik torbalar aiddir. “Niyə sırf belə torbalar qadağan edilib?” sualına gədikdə isə, onlar təkrar emala yararlı deyil, daha nazik, yüngül çəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir.

Yüz illərlə çürümədən hissəciklərə parçalanıb suya, torpağa qarışır. Heyvanların, quşların məhvinə səbəb olur. Eyni zamanda, belə torbalar, bilirsiniz ki, daha çox qidaların saxlanılması üçün istifadə edilir. Temperatur dəyişikliyində, istidə, soyuqda, zəhərli maddələr qida ilə qarışır və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilir”.

“Tez-tez sual olunur ki, bəs niyə digər torbalar da qadağan olunmur, onlara qarşı tədbir görülmür. Dünya praktikasında da plastik tullantılara qarşı mübarizə mərhələli şəkildə həyata keçir. Biz bu prosesə ilkin olaraq maarifləndirmə ilə başladıq.

İki ilə yaxın müddətdə KİV vasitəsilə, sosial şəbəkələr vasitəsilə beynəlxalq təcrübələr paylaşıldı, plastikin növləri, təkrar emala yararlı olub-olmadıqları, orqanizmə və ətraf mühitə ziyanları, çeşidləmə vərdişləri, plastik üçün nəzərdə tutulan konteynerlərə diqqətin yönəldilməsi, müxtəlif çağırışlı posterlər, videoçarxlar paylaşıldı.

Uşaqlar, gənclər, istehsalçılar, təkrar emal müəssisələri, yerli icra qurumlarının nümayəndələri, marketlərin satış və marketinq üzrə mütəxəssisləri, könüllülər, QHT nümayəndələri ilə müxtəlif görüşlər, təlimlər, layihələr həyata keçirildi, müsabiqələr təşkil edildi. Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azalması, alternativlərdən istifadə olunmasında maraqlıdırlar.

Alternativlər isə kağız, bioparçalanan torbalar və qablaşdırmalar, parça, həsir torbalardır. Müxtəlif çeşiddə, hər büdcəyə uyğun alternativlər var.

Orta müddətlə 15-20 dəq istifadə edib atdığımız məhsulu evimizə gətirməklə özümüzün, övladlarımızın, gələcək nəsillərin sağlamlığına zərər veririk. Gəlin birlikdə sağlam gələcəyimiz üçün əlimizdən gələni əsirgəməyək”, - deyə o qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR