Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Kənd Təsərrüfatı Nazirliyi və “Azərkosmos”dan birgə layihə: Yeni xəritələr çəkildi

Kənd Təsərrüfatı Nazirliyi və “Azərkosmos”dan birgə layihə: Yeni xəritələr çəkildi

Tarix: 7-01-2021, 13:57


2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi yeni qaydalara əsasən həyata keçirilib və alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən aparılıb”.

Bu sözləri Kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

İnam Kərimovun sözlərinə görə, bugünədək elektron kənd təsərrüfatı sistemində 546 mindən çox fermer qeydiyyatdan keçib:

“Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 100-dən artıq özəl şirkət vasitəsilə üç min fermerə 7260 kənd təsərrüfatı texnikasının, həmçinin, 8758 baş damazlıq heyvanın satışı maliyyələşdirilib. Keçən il 3400-dən çox fermerə mikrokreditlər verilib.

Fermerlərin təbii fəlakətdən və digər risklərdən qorunması üçün aqrar sığorta sistemi formalaşdırılıb. Ötən ilin noyabrından heyvandarlıq və bitkiçilik sahəsi üzrə sığorta məhsulu fermerlərə təqdim edilib.

Su məsələləri komissiyasının koordinasiyası ilə fermerlərin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə tədbirlər davam etdirilib. “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə mövcud suyun ədalətli və vaxtında bölüşdürülməsi üçün 57 rayon üzrə 674 mindən çox su qrafiki tərtib edilib və nazirlik tərəfindən dərc olunub. Hazırda payızlıq əkinlərin su tələbatının formalaşdırılması üzrə işlər davam etdirilir.

İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlara uyğun olaraq, işlərə artıq başlanılıb. Nazirlik “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqların da çoxillik əkmələrin peyk təsvirləri əsasında xəritələşməsini aparıb.

Hazırda həmin torpaqlarda əkinlərin aparılması, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq tədbirlərinin göstərilməsi məqsədilə ilkin işlərə başlanılıb.

Möhtərəm cənab Prezident, bu il Sizin aqrar sahədə həyata keçirdiyiniz islahatlardan bəhrələnərək nazirlik əsas diqqətini və fəaliyyətini yerlərdə fermerlərə məsləhət və informasiya xidmətinin gücləndirilməsinə, xidmətlərin daha əlçatan edilməsinə, innovativ üsulların tətbiqinə və əlbəttə, ən ümdə vəzifələrdən biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin bərpasına yönəldəcək. Sizi əmin edirik ki, bu sahədə qarşıya qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səylərimizi göstərəcəyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR