Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur, biz gələcək haqqında düşünməliyik - Deputat

Artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur, biz gələcək haqqında düşünməliyik - Deputat

Tarix: 12-01-2021, 12:44

Məşhur Məmmədov,
Milli Məclisin deputatı


Dünən bütün diqqət Rusiyada keçirilən üçtərəfli görüşə yönəlmiş, hamı nəticəni gözləyirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu diplomatiya siyasəti və uzaqgörənliyi yenə öz sözünü dedi.

Cənab Prezidentin də qeyd etdiyi kimi, imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər.

Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.
Rusiya-Azərbaycan əlaqələrinə gəldikdə hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir.

Çünki hər iki ölkə bir-birinin iqtisadiyyatına töhfə verir, iqtisadi maraqlarımız ölkə olaraq bir-birimizi qane edir. Hər iki dövlət başçısı ümid edir ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş, ikitərəfli münasibətlərin də xeyrinə olacaq. Dünənki görüşdən sonra Rusiya prezidenti bu nizamlamanın həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurmağımıza imkan verəcəyini əminliklə bildirdi.

Azərbaycan Ermənistanla müharibədə üstünlüklə qalib gəldi, öz əzəli torpaqlarını geri qaytardı. Hazırda gündəmdə başqa şərtlər var, qələbə bizim olduğu üçün, həmin şərtləri də məhz Azərbaycan diktə edir. Cənab Prezident dəfələrlə açıq formada bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur, bu anlayış keçmişdə qalıb və biz gələcək haqqında düşünməliyik.

Həqiqətən də belədir. Qalib bizik. Regionda əsas söz sahiblərindən biri Azərbaycandır. Artıq iqtisadi sahədə uğurlara imza atmağın zamanı gəldi. Ölkədaxili və ölkəxaricində görülən işlər artıq bu yöndə aparılır. Xalq olaraq, vətəndaş olaraq sevinclə və qürurla prosesləri izləməli, lazım gələndə dəstəyimizi əsirgəməməliyik.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR