Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

İcra Hakimiyyətindən sahibkarın şəhid məzarı ilə bağlı iddiasına CAVAB

İcra Hakimiyyətindən sahibkarın şəhid məzarı ilə bağlı iddiasına CAVAB

Tarix: 12-01-2021, 16:26

Bakıda sahibkar icra hakimiyyətindən şikayət edir.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Paylaşımda vətəndaş Binəqədi Rayon İcra başçısının şəhidlərin məzar daşlarının hazırlanmasını sahibkarların üzərinə qoyduğunu iddia edir. Onun sözlərinə görə, icra hakimiyyəti ondan beş şəhidin məzar daşının hazırlanmasını tələb edib.

Bu tələbdən imtina edən sahibkarları isə incidərək, təzyiq göstərirlər.

Özünün Qarabağ qazisi olduğunu deyən şəxs beş ildir 222 min manat pul ödəyib aldığı ərazidə işləməyə imkan verilmədiyini və ona biri 370 manat olan 40 ədəd zibil konteyneri aldırıldığını iddia edir.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Rayon icra hakimiyyətinin Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Rəşid Əmirlinin iddiası həqiqəti əks etdirmir:

“Sözügedən iddia ilə əlaqədar olaraq bildiririk ki, AR Şəhərsalma və Arxitektura Komitəsinin 23 sentyabr 2020 tarixli 04\02-1963 saylı məktubu ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 10 may küçəsinə gedən yolda, qəbiristanlığın hasarına bitişik (qaz xəttinin mühafizə zolağında) 30 kv.metr sahədə metal konstruksiyalardan quraşdırılma işlərinin və 150 kv.metr sahədə betonlanma işlərinin qanunsuz aparılmasının müşahidə olunması barədə məlumat daxil olub.

Yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi və qanunsuz zəbt etmənin qarşısının alınması ilə bağlı yerində tərtib edilmiş akt RİH-nə göndərilib. R.Əmirli tərəfindən torpağa dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Vətəndaşa özbaşına quraşdırılmış metal konstruksiya işlərinin dayandırılması və sahənin əvvəlki vəziyyətinə qaytarılması tövsiyə edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə imtina edərək, əssasız iddalar irəli sürüb.

Məlumat üçün bildiririk ki, müvafiq qaydaların tələblərinə uyğun olaraq özü tərəfindən qanunsuz şəkildə quraşdırılmış metal konstruksiyalar sökülüb. 12 yanvar 2021-ci il tarixində vətəndaş Rəşid Əmirli rayon rəhbərliyi tərəfindən qəbulda olarkən ona qanunvericiliyin tələbləri izah olundu və vətəndaş gələcəkdə müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinə söz verdi. Odur ki, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən iddia olunan “beş şəhid məzarının üstünün götürülməsi” tələbi isə həqiqəti əks etdirmir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR