Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Əli Həsənov həbs olunması barədə yayılan xəbərə münasibət bildirdi

Əli Həsənov həbs olunması barədə yayılan xəbərə münasibət bildirdi

Tarix: 18-01-2021, 18:59


Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov həbs edilməsi barədə mediada yayılan məlumata münasibət bildirib.

Mediabiz.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Ə.Həsənov Almaniyadan Azərbaycana qayıdarkən saxlanılması barədə deyilənləri yalan adlandırıb: “Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda, “çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar.

Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR