Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Rusiya XİN: “Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün əsas prinsiplərin inkişafına mühüm töhfə verib”

Rusiya XİN: “Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün əsas prinsiplərin inkişafına mühüm töhfə verib”

Tarix: 10-02-2021, 14:54

Rusiya hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti davam etdirilməlidir.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər nazirinin (XİN) müavini Andrey Rudenko TASS-a müsahibəsində deyib.

“Onlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas prinsiplərin inkişafına mühüm töhfə veriblər, bunların çoxu 2020-ci il 9 noyabr tarixli bəyanatda əks olunub.

ATƏT-in Budapeşt Sammitinin (1994-cü il) qərarlarına uyğun olaraq, Minsk Qrupunun həmsədrlərinə həvalə olunan hərtərəfli siyasi tənzimləməyə nail olmaq vəzifəsi tələb olaraq qalır.

Üçlük güclü beynəlxalq dəstəyə malikdir və status məsələləri də daxil olmaqla sonrakı addımlara qarşılıqlı məqbul yanaşmaların hazırlanmasında faydalı ola bilər. Ancaq vaxtı gələndə, ehtiyatla, tələsmədən”, - deyə o bildirib.

Rusiyanın nazir müavininin sözlərinə görə, ATƏT-in Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərinin gücləndirilməsində fəal ola bilər:

“Vətəndaş cəmiyyəti çərçivəsində dialoqun inkişafı bölgədəki vəziyyətin ümumilikdə yaxşılaşdırılmasına və siyasi yolda gələcək addımlar üçün ilkin şərtlərin yaradılmasına kömək edəcək”.

Bu mövzuda Türkiyə ilə qarşılıqlı əməkdaşlığa toxunan A. Rudenko Moskvanın atəşkəsə nəzarət edən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi çərçivəsində Ankara ilə əlaqələr qurduğunu bildirib.

“Bölgədə Ankara ilə hərbi xətt boyunca birgə fəaliyyətimiz yanvarın 30-dan Ağdamda fəaliyyət göstərən Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə nəzarət edən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi çərçivəsində qurulub.

Belə bir mərkəzin açılmasını bölgədəki vəziyyətin normallaşdırılmasına yönəlmiş birgə səylərin yaxşı nümunəsi kimi qiymətləndiririk”, - deyə Rudenko qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR