Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

İcra başçısı daha bir qaziyə yüksək vəzifəyə verdi - FOTO

İcra başçısı daha bir qaziyə yüksək vəzifəyə verdi - FOTO

Tarix: 2-03-2021, 19:48


İsmayıllı Rayon İcra Hakimiyyətində (RİH) daha bir qazi yüksək vəzifəyə təyin olunub.
Sfera.az-ın məlumatına görə, icra başçısı Nahid Bağırovun sərəncamına əsasən, Süleymanov Əlişir Muxibbi oğlu RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ə.Süleymanov 15 mart 1974-cü ildə Özbəkistan Respublikası Daşkənd vilayətinin Buka rayonunda anadan olub. Hazırda İsmayıllı rayonunun Qoşakənd kəndində yaşayır. 1996-cı il tarixində Bakı Ali Birləşmiş Komandirlər məktəbinin taktiki motoatıcı qoşunları komandiri (zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis) ixtisası üzrə təhsilini müvəffəqiyyətlə başa vurub. 1992-2016-cı illərdə Azərbaycan Ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb. 22 iyun 2006-cı il tarixində "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində "Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, 05 iyul 2019-cu il tarixində "FƏDAİ” medallarına layiq görülüb. II qrup Qarabağ Müharibəsi əlilidir. 15 may 2020-ci il tarixindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş mütəxəssis-komendant vəzifəsində çalışıb.

Ailəlidir, 3 övladı var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR