Son Xəbər: Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər,

Müxalifət Paşinyana seçkilərlə bağlı şərt qoydu

Müxalifət Paşinyana seçkilərlə bağlı şərt qoydu

Tarix: 9-03-2021, 22:35

Ermənistanın müxalif “Vətənin xilası hərəkatı”nın koordinatoru İşxan Saqatelyan ölkədə siyasi böhranın həlli variantını təklif edib.

Mediabiz.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o eyni zamanda bu təklifin mövcud hökuməti razı salmayacağını da deyib.

“Nikol Paşinyan saat 12:00-dək parlamentə gəlsin və istefa versin. Bu zaman biz seçkilərə razı olarıq. Ancaq o, bunu etməyəcək, çünki baş nazir kürsüsünə “yapışıb””.

Qeyd edək ki, hazırda müxalifət parlament binasının girişlərini bağlayıb. Dəmirçiyan küçəsində çadırlar qurulub, zibil qablarından barrikadalar yaradılıb.

Saqatelyan Paşinyan parlamentə gələrsə, onun üçün “dəhliz” açmağa hazır olduqlarını bildirib. Bundan başqa, o qeyd edib ki, müxalif aksiyaçılar Baqramyan prospektində və Dəmirçiyan küçəsində gecələyəcəklər və onlar hakim “Mənim addımım” partiyasından olan deputatları onlar baş nazirin impiçmenti ilə razılaşmayanadək parlament binasına buraxmayacaqlar.

“Onun siyasi üstünlüyü yoxdur. Paşinyan müxalif fraksiyanı onunla razılaşmaya çəkərək boşboğazlıq edir. Ancaq məqsədinə çatmayacaq”, - deyə Saqatelyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Paşinyan erkən seçkilərlə bağlı müxalifətlə razılığa ümid etdiyini bildirmişdi . O, “Çiçəklənən Ermənistan” və “Maarifçi Ermənistan” partiyalarına baş nazir postuna öz namizədlərini irəli sürməməklə bağlı memorandum imzalamağı təklif etmişdi. Yalnız bundan sonra erkən parlament seçkilərinin keçirilməsi qərarı qəbul edilə bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR