Son Xəbər: Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər,

Nazir: “Məktəblərdə kontingent geniş olduğundan orada hər gün xoşagəlməz halların olması mümkündür”

Nazir: “Məktəblərdə kontingent geniş olduğundan orada hər gün xoşagəlməz halların olması mümkündür”

Tarix: 18-03-2021, 18:11


Təhsil naziri Emin Əmrullayev məktəblərdə baş verən xoşagəlməz hadisələrdən danışıb.

Bu barədə özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Nazir qeyd edib ki, məktəblərdə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olan hallara yol verilir:

“Çalışırıq ki, həmin hallara qarşı mübarizə aparaq. Məktəblərdə kontingent geniş olduğundan orada hər gün xoşagəlməz halların olması mümkündür. Təbi ki, bu cür halların aradan qaldırılması üçün yerli təhsil şöbələrinin və məktəb direktorlarının üzərinə böyük məsuliyyət düşür” .

Nazir əlavə edib ki, məktəblərdə baş verən xoşagəlməz hallarla bağlı nazirlik yalnız anonim olmayan şikayətləri araşdırır:

“Gün ərzində daxil olan şikayətlərdə hansısa məktəbdə korrupsiya halının olduğu bildirilir. Amma elektron poçtun ünvanında ad belə olmur. Korrupsiya adı ilə mail göndərilir. Şikayət edənin kim olduğunu başa düşmədən məsələnin arxasınca getmək mümkün deyil”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR