SƏBUHİM – SƏHƏR MEHİM: Şəhid məzarlar üstə analar yanar ağlar
Samirə ana nəfəs aldığı hər anını balasını düşünərək yaşadı. Buna yaşamaq demək mümkünsə. Onun yoxluğuyla heç cür barışmadı. Oğluna həm ana, həm ata, həm qardaş, həm bacı oldu. Onsuz da pak və təmiz olan şəhid balasının nəşini əlləriylə yudu, kəfənlədi, nəşi üzərində qan yaş tökərək tabut gələn...