Son Xəbər: Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb,

10 dəqiqədə iki cərimə yazılan sürücü sonra həbs edildi - Buna görə - VİDEO

10 dəqiqədə iki cərimə yazılan sürücü sonra həbs edildi - Buna görə - VİDEO

Tarix: 8-04-2021, 15:07




Dünən sürücü Həbillayev Rəfael Əliyar oğlu idarə etdiyi 90 XY 272 dövlət nömrə nişanlı avtomobildə hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməyib. Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində 99 YP 366 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan inspektor sürücünü saxlayıb və barəsində inzibati qaydada protokol tərtib edib. Təxminən 10 dəqiqə sonra yenidən həmin ərazidə saxlanılan sürücü işıq göstəricilərindən düzgün istifadə etmədiyi üçün inspektor tərəfindən cərimələnib. Sürücü isə buna etiraz edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, sürücü nalayiq ifadələr işlədib, polisin şərəf və ləyaqətini təhqir edib.
Bundan sonra avtomobil yenidən saxlanılıb, aidiyyəti üzrə Yasamal rayon 28-ci polis bölməsinə gətirilib. İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham olunan sürücü barəsində protokol tərtib olunub. Toplanmış materiallar əsasında məhkəmə sürücünün İnzibati qaydada 10 gün müddətində həbs olunması barədə qərar qəbul edib.

(avtosfer)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR