Son Xəbər: Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır,

Çavuşoğlu: “Yunanıstanla görüşmək üçün Avropa İttifaqına ehtiyacımız yoxdur”

Çavuşoğlu: “Yunanıstanla görüşmək üçün Avropa İttifaqına ehtiyacımız yoxdur”

Tarix: 15-04-2021, 12:37


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Yunanıstanla münasibətləri barədə açıqlamalar verib.

Bu barədə türkiyəli nazir NTV kanalına müsahibəsində bildirib.

“Yunanıstanla beş ildir mövcud olan mexanizmləri işlədə bilmədik. Siyasi məsləhətləşmələr apara bilmədik. Bunları Yunanıstanın məsələyə mənfi münasibəti səbəbindən edə bilmədik. Kəşfiyyat danışıqları dayandırıldı. Ardından Şərqi Aralıq dənizində Türkiyəni kənarlaşdırma siyasətindən sonra əlaqələr gərginləşdi. Avropa İttifaqı (Aİ) və fərqli ölkələr məsələyə daxil oldu”.

Çavuşoğlu vurğulayıb ki, biz Yunanıstanla birlikdə masaya oturmağa hazırıq.

“Yunanıstanla danışıqlarımız bu yaxınlarda yenidən başladı. Bu ölkənin Xarici İşlər naziri Nikos Dendiası bu gün Ankarada qonaq edəcəyik. Onunla səmimi bir atmosferdə görüşməyi planlaşdırırıq. Yunanıstanla dialoq və yüksək səviyyəli səfərlər çox vacib məqamdır. Yunanıstanla görüşmək üçün Aİ-yə və ya digər ölkələrə ehtiyacımız yoxdur. Bu ölkə ilə razılaşa bilməyəcəyimiz məsələlər də var. Bunlar haqqında açıq danışmalıyıq”, - deyə Çavuşoğlu bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR