Son Xəbər: Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır,

Yeni qiymətləndirmə üsulu necə olacaq? - "Repititor yanına getməyənlər də..."

Yeni qiymətləndirmə üsulu necə olacaq? - "Repititor yanına getməyənlər də..."

Tarix: 19-04-2021, 17:39


Xəbər verdiyimiz kimi, təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrində qiymətləndirilmə prosesinə yeni kontekstdə baxış imkanlarının olacağını bildirib. Nazir tələbə nailiyyətlərinin qiymətləndirilməsi baxımından ciddi çağırışlarla üz-üzə olduğumuzu vurğulayıb.
Maraqlıdır, yeni kontekst özündə nələri ehtiva edəcək? Qiymətləndirilmədə nə kimi dəyişikliklər ola bilər?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov yeni kontekstə əsasən şagirdlərin bacarıqlarının da qiymmətləndiriləcəyini bildirib:

"İlk növbədə qeyd edim ki, istər pandemiya dövründə, istərsə də ondan əvvəl verilən mövzuların yoxlanılma və ölçülmə alətləri tamamilə fərqli olmalıdır. Çünki pandemiya təhsilalma imkanlarına ciddi şəkildə təsir göstərdi. Təhsil Nazirliyinin yanaşması bu baxımdan düzgündür. Şagirdlərin qiymətləndirilməsi zamanı təkcə onların bilikləri yox, bacarıqlarının da yoxlanılması vacibdir. Bunu açıq və qapalı test tapşırıqları ilə yox, digər qiymətləndirmə üsulu ilə dəyərləndirmək lazımdır. Şagirdlərin motivasiyası, fiziki hazırlığı yoxlanılıb ölçülməlidir. Ona görə də birmənalı olaraq, yeni konteksdən yanaşma dedikdə burada diqqətə çatdırılmalı ən önəmli məsələ odur ki, obyektivlik və şəffaflıq tətbiq olunsun".
 
Təhsil eksperti bundan sonrakı mərhələdə test üsulunun arxa plana düşə biləcəyini qeyd edib: "Bundan əlavə qiymətləndirmədə fərdi yanaşmanın tətbiqi olacaq. Bu o deməkdir ki, hər bir şəxsin özünəməxsus bilik və bacarıqları qiymətləndiriləcək. Elə şagird var ki, repititor yanına gedə bilmir və test imtahanında aşağı nəticə göstərir. Bu baxımdan yeni yanaşmanın tətbiqi müsbət nəticə verəcək. Belə ki, yeni kontekstə əsasən hər bir imtahan iştirakçısına bundan sonra individual yanaşma sərgilənərək onun intelektual səviyyəsi ölüçləcək. Bu gün də bizim qiymətləndirmədə əsas problem intelektin yox yaddaşın qiymətləndirilməsidir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR