Son Xəbər: 3 nəfər dönərdən ZƏHƏRLƏNDİ, Azərbaycan BOKT-larında kredit riskinin idarə edilməsi qaydası TƏSDİQLƏNDİ, BİZİM TƏQVİM: 26 noyabrda baş vermiş tarixi hadisələr, Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam,

“Agentlik dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır” – QHT sektorunda nələr dəyişəcək?

“Agentlik dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır” – QHT sektorunda nələr dəyişəcək?

Tarix: 20-04-2021, 16:27


"Daha açıq bir sistem yaradılmalı, burada rəqabətli mühit təmin edilməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının ləğv edilərək, onun bazasında Agentliyin yaradılmasının gözlənilən müsbət dəyişikliklərdən danışarkən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev deyib:

"Vətəndaş cəmiyyətinin inkişafı üçün hökumət zəruri şərtləri təmin etməlidir. Ancaq  faktiki olaraq gördük ki, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılandan sonra nəinki vətəndaş cəmiyyətinin inkişafına dəstək verilmədi, əksinə, şərtlər bir qədər də sərtləşdirildi. Nəticədə təhlükələri aradan qaldırmaq əvəzinə, bütün müstəqil vətəndaş  cəmiyyəti təsisatlarının fəaliyyəti məhdudlaşdırıldı. Daha çox hökuməti fəaliyyətini təbliğ edən təşkilatlar formalaşdı”.
 
Bu baxımdan da həmsöhbətimiz hesab edir ki, vətəndaş cəmiyyətinin inkişafını istəyiriksə,  daha açıq bir sistem yaradılmalı, burada rəqabətli şərait təmin edilməlidir.
 
"Agentliyin fəaliyyət prinsipi dövlətlə cəmiyyət arasında körpü rolunu oynamaqdan ibarət olmalıdır”.
Bu açıqlama isə politoloq Cümşüd Nuriyevə məxsusdur. O hesab edir ki, Azərbaycanda bu sahədə pərakəndəlik hökm sürürdü: "4 mindən çox QHT qeydə alınsa da 80 faizə qədəri fəaliyyət göstərmir. Faəliyyətdə  olanların da çoxu daha çox xarici qrantlardan asılı olanlardır. Şuranın Agentliyə çevrilməsi dövlətin QHT-lərə diqqətinin rəsmiləşdirilməsi və ikiqat artırılması deməkdir. İanə ayrılması prosesinə indi bəzi yerli və xarici şirkətlər də qatıla biləcək”.
Ekspert hesab edir ki, Agentliyin fəaliyyəti əsasən icraçı direktorun kim olması və onun tutacağı mövqedən asılıdır: "Ona görə də həmin vəzifəyə gətiriləcək adam həm dövlətin, həm  cəmiyyətin, həm də millətin mənafeyini gözləyə bilən, eyni zamanda, ictimaiyyətlə əlaqələr sahəsində mütəxəssis olmalıdır. Çünki dövlət tərəfindən bura ayrılan vəsait həm də dövlətin imicinin formalaşmasına xidmət etməlidir. Agentlik dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR