Son Xəbər: Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib,

SOCAR Ukraynanın nəhəng zavodunu xammalla təchiz edə bilər

SOCAR Ukraynanın nəhəng zavodunu xammalla təchiz edə bilər

Tarix: 21-04-2021, 17:36


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” hazırda Odessa Liman Zavodunun tollinq prinsipi əsasında xammal təchizatı və hazır məhsul təhvili ilə bağlı elan etdiyi tenderdə iştirak edir.

Bu barədə Mediabiz.Az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, tender proseduru hələ yekunlaşmayıb və tender proseduruna mane olmamaq üçün təqdim olunan təklifin şərtləri tender müddətində açıqlanmır:

“Tollinq əməliyyatı zavodu xammal ilə təmin etmək və sonradan satış məqsədi ilə hazır məhsulu əldə etməkdən ibarətdir. Odessa Liman Zavodu ammiak və karbamid istehsal edir, xammalı isə təbii qazdır”.

Qeyd edək ki, Odessa Liman Zavodu Ukraynanın kimya sənayesində fəaliyyət göstərən ən böyük müəssisələrdən biridir. Zavod ammonyak, karbamid, maye azot, karbon dioksidi, maye oksigen, natrium sulfat istehsalında ixtisaslaşıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR