Son Xəbər: "Qarabağ" - "Lion": Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli - ARAŞDIRMA, 3 nəfər dönərdən ZƏHƏRLƏNDİ, Azərbaycan BOKT-larında kredit riskinin idarə edilməsi qaydası TƏSDİQLƏNDİ, BİZİM TƏQVİM: 26 noyabrda baş vermiş tarixi hadisələr, Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB,

Vəzifəli şəxslərin sələmə pul verən müğənnini öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Vəzifəli şəxslərin sələmə pul verən müğənnini öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 23-04-2021, 10:55



Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərləri Cəlilabada rayonunda baş verən qətllə bağlı birgə məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

18 aprel 2021-ci il tarixdə Cəlilabad rayon sakini, 1963-cü il təvəllüdlü Abdullayev Əflatun İltifat oğlunun avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla Cəlilabad Rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Mahmudov Famil Əzizağa oğlu, Seyidbazar kəndi üzrə nümayəndəsi İsmayılov Zeydulla İsmayıl oğlu və Türkiyə Respublikasının vətəndaşı Kurtoğlu Mehmet Ali İsmet oğlunun Əflatun Abdullayevi qəsdən öldürmələrinə və meyitini Sabirabad rayonu ərazisindəki su kanalının kolluq hissəsinə atmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri və intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, əvvəllər müğənnilik edən Ə.Abdullayev sələmə pul verməklə məşğul olub. Dünən yayılan məlumatda Seyidbazar kənd icra nümayəndəsi Feyzulla İsmayilovun və Təklə kənd icra nümayəndəsi Famil Mahmudovun Fərzili kənd sakini Əflatun Abdullayevə pul borcları olduğu bildirilib.

Amma pulu ödəyə bilməyəcəklərini düşünən icra nümayəndələri qabaqcadan əlbir olaraq Əflatun Abdullayevi öldürmək qərarına gəliblər.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR