Son Xəbər: Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib,

Uşaq poliklinikalarında icbari tibbi sığorta necə hesablanacaq? - AÇIQLAMA

Uşaq poliklinikalarında icbari tibbi sığorta necə hesablanacaq? - AÇIQLAMA

Tarix: 23-04-2021, 22:52


Uşaq poliklinikalarında da icbari tibbi sığortanın hesablama qaydası onların fəaliyyət istiqamətinə görə tənzimlənəcək.

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə uşaq poliklinikalarında icbari tibbi sığortanın hesablama qaydası ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib, əgər uşaq poliklinikası xəstəxananın poliklinika şöbəsi olacaqsa, orada çalışanlara xidmətə görə (ambulator) bonuslar  ödəniləcək:

“Terapevtlər, cərrahlar ambulator xidmətlər göstərdiklərinə görə bonuslar olacaq. Məsələn, ixtisaslı həkim müayinəsinə görə göstərilən xidmətlərdən faiz nisbətində, ambulator şəraitdə cərrahi müdaxilələrə görə, terapevtlər təyin etdikləri fizioterapevtik prosedurlara görə faiz nisbətində bonusla alacaqlar.

Lakin uşaq poliklinikası yenidən təşkil qaydasında Ailə Sağlamlıq Mərkəzi (ASM) kimi fəaliyyətə keçəcəksə, burada qaydalar başqa cür olacaq. Bu zaman onlar sabit əlavələr alacaqlar. Hazırda müəyyən optimallaşmalar aparılır. Yekunda məlum olacaq ki, uşaq poliklinikaları xəstəxananın poliklinika şöbəsi kimi qalır yoxsa müstəqil ASM kimi formalaşdırılır”.  




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR