Son Xəbər: Tramp: NATO da eyni işi görsə, Rusiyaya sanksiya tətbiq etməyə hazıram, QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək, Müdafiə Nazirliyi məlumat yaydı, Sabahın hava proqnozu açıqlanıb, Xocalının daha bir kəndinə İLK KÖÇ oldu, Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?, Goranboydakı cinayətin TƏFƏRRÜATI, Qızılağac Milli Parkının ərazisində yanğın olub, Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib, Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb,

Başlıbeldə ermənilərin qətlə yetirdiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilib - AÇIQLAMA

Başlıbeldə ermənilərin qətlə yetirdiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilib - AÇIQLAMA

Tarix: 24-04-2021, 18:48


Məlum olduğu kimi, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq hüququn əsas norma və prinsipləri pozulmaqla Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlarına silahlı hərbi təcavüz aktları başlamışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, qeyd olunan cinayətlərin gedişində Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvələrində hərbi təcavüz nəticəsində Kəlbəcər rayonu da işğal olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, bu kimi cinayətlərin tam və hərtəfəli istintaq olunması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Belə ki, Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumatlar daxil olmuş və vəhşicəsinə qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilmişdir.

Bu gün Baş Prokurorluğun əməkdaşları tərəfindən digər aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə qətlə yetirilmiş şəxslərin cəsədlərinin aşkar edilməsi məqsədi ilə qazıntı axtarış işlərinə başlanılmışdır. Cinayət işi üzrə aparılan istintaq hərəkətlərinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR