Son Xəbər: Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib,

“Ermənilər digər rayonlardakı ağacları kəsib, Hadrutdakıları isə turistik abidə kimi saxlayıblar” - AÇIQLAMA

“Ermənilər digər rayonlardakı ağacları kəsib, Hadrutdakıları isə turistik abidə kimi saxlayıblar” - AÇIQLAMA

Tarix: 28-04-2021, 23:24


“Xocavənd rayonunun Hadrut qəsəbəsində təbiət abidəsi kimi qeydə alınan 900 yaşlı Şərq çinarı ermənilər tərəfindən məhv edilməyib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Xocavənddə diametri 450 santimetr, hündürlüyü 40 metr olan bu cür 12 təbiət abidəsi var ki, onlardan 7-si Şərq çinarıdır:

“Bu çinarlar Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Monitorinq aparılan ərazilərdə üç belə Şərq çinarının kəsilmədən saxlanıldığı aşkarlanıb. Əvvəlki ekspedisiyalardan məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında təbiət abidəsi kimi qeydə alınan 138 təbiət abidəsindən 123-ü kəsilib. Onlardan da 117-si Şərq çinarıdır. Həmin rayonlarda olan təbiət abidələrinin demək olar ki hamısı kəsilib, yandırılaraq məhv edilib”.

O qeyd edib ki, Hadrutda olan üç Şərq çinarı isə turistləri cəlb etmək üçün qorunub saxlanılıb:

“Bu onu deməyə əsas verir ki ermənilər Hadrut qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turistik məqsədlərlə istifadə edib və məhv etməyiblər. Yaşamadıqları ərazilərdə isə hətta yaşı 1400-dən artıq, 2000 ilə yaxın olan təbiət abidələrini məhv ediblər. Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli rayonlarında olan tarixi abidələrin isə yalnız pöhrələri qalıb. Burda məqsəd mənfur düşmənin həmin ərazilərdə Azərbaycanlıların izlərini silmək olub. Ona görə də həmin ərazilərdə olan abidələri məhv ediblər”.

Bununla da media nümayəndələrinin səfəri yekunlaşıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR