Son Xəbər: MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib,

İdman jurnalistləri arasında onlayn şahmat turniri keçiriləcək

İdman jurnalistləri arasında onlayn şahmat turniri keçiriləcək

Tarix: 29-04-2021, 12:19

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və Etopaz-ın baş sponsorluğu ilə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş idman jurnalistləri arasında ilk onlayn şahmat turniri keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasının iştirakı ilə baş tutacaq yarışa “İdman TV”, Oxu.Az, Estafet.Az, Media.Az və inSportPress informasiya dəstəyi, Chess.Az isə texniki dəstək verəcək.

Mayın 2-si saat 12:00-da start götürəcək yarışda iştirak etmək istəyən idman jurnalistləri turnirin direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Anar Şabanoğluya anar@aija.az elektron ünvanı vasitəsilə mayın 1-i saat 12.00-a kimi müraciət edə bilərlər.

Mükafatçıların təltifetmə mərasimi mayın 4-ü saat 12:00-da AİJA-nın Azərbaycan Nəşriyyatında yerləşən baş ofisində olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR