Son Xəbər: MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib,

“Şahdəniz 2” layihəsi üzrə növbəti dövrdə görüləcək işlər açıqlanıb - RƏSMİ

“Şahdəniz 2” layihəsi üzrə növbəti dövrdə görüləcək işlər açıqlanıb - RƏSMİ

Tarix: 29-04-2021, 16:22

İlin ilk üç ayı ərzində “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 5,1 milyard kubmetrdən çox qaz və təqribən 1 milyon ton (7,8 milyon barel) kondensat hasil edilib.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, “Şahdəniz” yatağı üzrə fəaliyyətə təqribən 688 milyon dollar əməliyyat xərcləri və 181 milyon dollardan çox əsaslı xərclər çəkilib.

Bildirilib ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

İlin birinci rübü ərzində “Şahdəniz 2” layihəsi çərçivəsində yatağın dərinsulu şərq-cənub cinahından ikinci rübə planlaşdırılmış qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail olundu. Hasilatın başlanması hazırda cədvəl üzrə uğurla davam edən dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra nəzərdə tutulur.

“Şahdəniz 2” hasilatın başlanması və sonrakı artım üçün artıq ümumilikdə 21 quyu qazılıb və bunlardan 17-si tamamlanıb.

Qeyd edilib ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 58 milyon (ildə 21 milyarddan artıq) kubmetrdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR